1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ukraynada "qızıl dubl"
"Şaxtyor" klubu tarixində 11-ci dəfə Ukrayna çempionu olub.
Sportnet.az-ın məlumatına görə, Premyer Liqanın XXXI turunda Donetsk komandası "Veres"i məğlub edib. Yeganə qolu 5-ci dəqiqədə penaltidən Marlos vurub.
Bununla da xallarını 75-ə çatdıran "Şaxtyor" sona bir tur qalmış ikinci pillədəki Kiyev "Dinamo"sundan 5 xal aralanıb. Portuqaliyalı Paulu Fonsekanın baş məşqçi olduğu komanda ardıcıl ikinci il qızıl medallara yiyələnib.
Qeyd edək ki, "Şaxtyor" mayın 9-da keçirilmiş final matçında "Dinamo"nu 2:0 hesabı ilə yenərək, tarixində 12-ci dəfə Ukrayna Kubokunu qazanıb.