Almaniyanın "Bavariya" klubunun futbolçusu Sandro Vaqner Almaniya milli komandasındakı karyerasını başa vurub.
Sportnet.az "Bild" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Bild"ə 31 yaşlı hücumçunun özü məlumat verib. Vaqner Rusiyada keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi üçün bu addımı atdığını və ona dəvət göndərməyən yığmanın baş məşqçisi Yoahim Lövdən incidiyini söyləyib: "Mənim həyat tərzim, dürüstlüyüm, səmimiliyim məşqçilər heyətinə uyğun deyil".
Qeyd edək ki, Sandro Vaqner bu ilin yanvar ayından "Bavariya"da çıxış edir. O, Münhen təmsilçisinin heyətində 25 oyunda iştirak edib və 10 qola imza atıb. S.Vaqner, həmçinin 2017-ci ildən çıxış etdiyi Almaniya milli komandasında 8 oyuna 5 qol vurub.