İngiltərənin "Mançester Yunayted” klubunun sabiq futbolçularından olan Roy Kin, bioqrafiyasında maraqlı xatirəsindən söz açıb. Sportnet.az-ın məlumatına görə, o, 2005-ci ildə "Real Madrid"dən təklif aldığı anda ayaqyolunda olduğunu, adaptasiya qorxusundan isə təklifi qəbul etmədiyini yazıb.
İrlandiyalı futbolçu təklifi rədd etməsinin səbəbini belə izah edib: "Real Madrid”in təklifini diqqətə almalı idim. Əlimdə çox böyük fürsət var idi. Amma qəbul etmədim. Bir tərəfim İspaniyaya getməyi, ispan dilini, mədəniyyətini öyrənməyimi deyirdi. Mən isə içimdəki ölümsüz səsi dinlədim”.