
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yerli klublardakı bəzi futbolçularla maraqlandıqlarını təsdiqləyib.
Sportnet.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis "Qəbələ"dən Filip Ozobiç, "Sumqayıt"dan Cavid İmamverdiyev, "Səbail"dən isə Rahil Məmmədovun transfer siyahısında olduğunu açıqlayıb. Lakin Qurbanov bu transferlərin baş tutacağını indidən deməyin tez olduğunu vurğulayıb: "Belə söz-söhbətlər harada gəzir? (gülür) Gəlin, bu gün millidən danışaq. Onlar bizim transfer siyahımızda var. Bəzən olur ki, futbolçunu transfer etmək mümkün deyil, lakin onu transfer siyahımızda saxlayırıq".