1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbacanlı futbolçunun viza problemi həll olundu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və Çexiyanın "Slaviya" klubunun üzvü Fərid Nəbiyevin viza problemi həll olunub.
Bu barədə Sportnet.az-a 19 yaşlı yarımmüdafiəçinin meneceri Vaqif Heydərli məlumat verib. Onun sözlərinə görə, artıq gənc oyunçu üçün işçi vizası alınıb. Sabah axşam saatlarında Praqaya yola düşəcək Nəbiyev iyunun 15-dən əsas komanda ilə məşqlərə başlayacaq.
"Slaviya"nın U-21 komandasında çıxış edən digər azərbaycanlı futbolçu Rövlan Muradovun məsələsinə isə aydınlıq gəlməyib. Meneceri onun başqa komandaya birdəfəlik və ya icarə əsasında keçidinin gündəmdə olduğunu bildirib. Heydərli məsələyə gələn həftə aydınlıq gələcəyini vurğulayıb.
Qeyd edək ki, Fərid Nəbiyev 2017-ci ilin sentyabrından, Rövlan Muradov isə bu ilin fevralından "Slaviya"da çıxış edir. Praqa təmsilçisi Nəbiyevlə 3 illik, Muradovla isə sonradan uzadılma bilməsi şərtilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.