"Qarabağ" klubu 2018/2019 mövsümünün hazırlıqlarına start verib.
Spornet.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, kollektiv günorta saatlarında komanda bazasında bir araya gəlib. Futbolçular günü axşam məşqi ilə başa vurub. Ağdam təmsilçisinin yeni transferi Filip Ozobiç də komanda ilə ilk məşqinə çıxıb.
Qeyd edək ki, milli komandanın heyətində yer alan futbolçular növbəti günlərdə hazırlığa qoşulacaq.