Mərakeş Futbol Federasiyasının rəhbərliyi Afrika Millətlər Kuboku-2015-in oyunlarını təxirə salmaq niyyətindədir. Sportnet.az-ın məlumatına görə, buna səbəb ölkədə Ebola virusunun yayılmasıdır.
Ənənəvi yarışın gələn il yanvarın 17-dən fevralın 8-nə kimi keçirilməsi nəzərdə tutulsa da, bu tarix dəyişdirlə bilər. Çünki Ebola virusu ölkədə sürətlə yayılmaqdadır. Məhz bu səbəbdən Afrika Futbol Federasiyası bir müddər əvvəl Liberiya, Syerra-Leone və Qvineyada oyunlar keçirilməsinə qadağa qoymuşdu. Qvineya və Syerra-Leone milliləri ev oyunlarını Kamerun və Mərakeşdə keçirirdi.
Ebolaya yoluxmanın ilk əlamətləri bədən hərarətinin qəfil yüksəlməsi, əzələ ağrıları, ümumi halsızlıq, başağrısı və boğaz iltihabıdır. Növbəti mərhələdə xəstədə qusma, ishal, bədəndə səpki, böyrək nasazlığı və qara ciyər fəaliyyətində problemlər müşahidə olunur. Bəzi hallarda xəstədə daxili və xarici qanaxmalar baş verə bilər. Hələ ki, bu infeksiyanın qarşısını ala biləcək heç bir müalicə və vaksin yoxdur.
Qeyd edək ki, Ebola virusunun tarixi 1976-cı ilə gedib çıxır və məhz "qara qitə"yə məxsusdur.