Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Keşlə" komandasının baş məşqçisi Yuri Maksimov postundan istefa verib.
Bu barədə Sportnet.az-a klubun mətbuat xidmətindən məlumat verilib. Ukraynalı mütəxəssis öz istəyi ilə postunu tərk edib. O, Bakı Olimpiya Stadionunda bugünkü məşqdən əvvəl qərarını futbolçulara çatdırıb.
Qeyd edək ki, "Keşlə" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Maltada "Baltsan"a 1:4 hesabı ilə uduzub. Bu komandalar arasında cavab matçı iyulun 19-da Bakıda keçiriləcək. Bu ilin yanvarından "Keşlə"yə rəhbərlik edən Maksimov komandaya Azərbaycan Kubokunu qazandırıb. Bir müddət əvvəl onun müqaviləsi bir illik uzadılmışdı.