Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt” futbol komandasının yoxlama oyunu keçirəcəyi iki rəqibi müəyyənləşib.
Klubun mətbuat xidmətində Sportnet.az-a verilən məlumata görə, Nazim Süleymanovun rəhbərlik etdiyi kollektiv ilk matçını iyulun 19-da Qətərin ”Əl Şahaniya” klubuna qarşı keçirəcək. Kızılcahamamda baş tutacaq oyun Bakı vaxtı ilə 18:00-da start götürəcək.
Digər görüş isə ayın 22-də Topuk yaylasında Superliqada təmsilçisi"Alanyaspor”la olacaq.
Qeyd edək ki, "Sumqayıt” Türkiyədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. "Əl Şahaniya” iyulun 15-də "Səbail” ilə yoxlama matçında heç-heçə edib - 2:2.