"Çətin komandaya qarşı oynadıq. Çəyin oyun oldu. Bilirdik ki, növbəti mərhələyə vəsiqə qazanmaq üçün qol buraxmamalıyıq. Birinci hissədə topa nəzarət bizdə oldu. Bizim üçün çox çətin idi. Rəqib topu əldə edən kimi birbaşa qapımıza doğru irəliləyirdilər. Ona görə də çətin oldu. Əsas odur ki, istəyimizə çatdıq. Qol buraxmadıq və növbəti mərhələyə yüksəldik."
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Sloveniya "Olimpiya"sı ilə 0:0 hesabı ilə heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bakıda ilk oyununuza çıxdınız. Azarkeşlər sizə necə təsir bağışladı?
- Çox məmnun qaldım. Birinci oyun məndə xoş təsuratlar oyatdı. Stadiondakı ab-hava və azarkeşlər yaxşı idi. Fanatlar bizi dəstəkləyirdilər və irəli səsləyirdilər. Həm nəticə həm də ab-hava mənim xoşuma gəldi.
- Futbola futzaldan gəlmisiniz. Ona görə həlledici məqamlarda qapıya zərbə vurmaq əvəzinə rəqibi keçmək istəyirdiniz?
- Qeyd etdiyiniz kimi futbola futzaldan gəlmişəm. Həmişə zərbə vurmaq üçün əlverişli məqam olmur. Qarşımda boşluq olmalıdır ki, zərbə vuram. Ən yaxşısını eləməyə çalışıram.
- "Qarabağ" növbəti turda Albaniyanın "Kukesi" klubu ilə qarşılaşacaq. "Kukesi"ni keçəcəyinizə inanırsınızmı?
- Bayaq bunu demək istəyirdim ki, "Qarabağ"da oynadığıma görə çox xoşbəxtəm. Bu komanda istənilən oyuna qələbə üçün çıxır. Bizə nəticə lazımdır. Meydana qələbə üçün çıxacağıq.