Kolumbiya millisinin keçmiş qapıçısı Rene İgita azarkeşi vurub.
Sportnet.az-ın "Diario La Nacion"a istinadən verdiyi məlumata görə, insident "Atletiko Nasyonal" və "Amerika" komandaları arasındakı yoldaşlıq görüşündən sonra baş verib. Tribunanın yanından keçdiyi vaxt İgitaya iki nəfər yaxınlaşaraq, nə isə deyib. Nəticədə əfsanəvi qapıçı onlardan birinin sifətinə zərbə vurub.
Qeyd edək ki, Rene İgita Kolumbiya yığmasında 1987 - 1999-cu illərdə forma geyinib. O, millidə 68 oyuna çıxıb.