İngiltərənin "Çelsi" klubu yeni baş məşqçisi Mauritsio Sarrinin rəhbərliyi altında ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, London təmsilçisi yoxlama oyununda Avstraliyanın "Pert Qlori" komandası ilə üz-üzə gəlib. Qarşılaşma İngiltərə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə yeganə qolu 5-ci dəqiqədə Pedro Rodriges vurub.






































































