İngiltərənin "Everton" klubu İspaniya təmsilçisi "Barselona"nın futbolçusu Lyuka Dini heyətinə qatıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 12 nömrəli formanı geyinəcək.
Xarici mətbuatda "Everton"un fransalı futbolçu üçün Kataloniya təmsilçisinə 20 milyon avro ödədiyi bildirilir.
Qeyd edək ki, Lyuka Din 2016-cı ildən "Barselona"da çıxış edib.