"Çelsi" və "Mançester Siti" komandaları İngiltərə Super Kuboku uğrunda görüşdə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, Londondakı "Uembli" stadionunda təşkil olunmuş qarşılaşma Xosep Qvardiolanın baş məşqçi olduğu komandanın qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 13-cü və 58-ci dəqiqədələrdə Serxio Aqüero vurub. Beləliklə, "Mançester Siti" 2012-ci ildən sonra ilk, tarixində isə 5-ci dəfə İngiltərə Super Kubokuna sahib olub.
Qeyd edək ki, "şəhərlilər" 2017-2018 mövsümünü çempion, "Çelsi" isə ölkə kubokunun sahibi kimi başa vurub.










































































