İngiltərə Premyer Liqasında 2018-2019 mövsümünün açılış oyunu "Mançester Yunayted" və "Lester" komandaları arasında keçirilib.
Sportnet.az xəbər verir ki, "Old Trafford" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 3-cü dəqiqədə penalti zərbəsi ilə "qırmızı şeytanlar"ın futbolçusu Pol Poqba açıb. 83-cü dəqiqədə Lük Şou fərqi artırıb. 90+2-ci dəqiqədə isə Ceymi Vardi təsəlli qolunu vurub.
Qeyd edək ki, ötən mövsüm "Mançester Yunayted" ikinci, "Lester" doqquzuncu yeri tutub.




































































