Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019-cu illər mövsümünün II turunun oyun cədvəli açıqlanıb.
Sportnet.az Peşəkar futbol Liqasının saytına istinadən xəbər verir ki, turun qarşılaşmaları iki günü əhatə edəcək. Tura "Səbail" - "Qarabağ" matçı ilə start veriləcək. Bütün oyunlar Bakı ərazisində keçiriləcək.
18 avqust (şənbə)
18:30. "Səbail” – "Qarabağ”
"Bayıl Arena”
20:30. "Zirə” – "Keşlə”
"Dalğa Arena”
19 avqust (bazar)
18:30. "Neftçi” – "Qəbələ”
"Dalğa Arena”
20:30. "Sabah” – "Sumqayıt”
"Əlincə Arena”
Qeyd edək ki, oyunların hamısı CBC Sport telekanalı vasitəsilə yayımlanacaq.







































































