Fransanın PSJ klubu Almaniya "Şalke"sinin futbolçusu Tilo Kereri transfer edib.
Sportnet.az-ın Paris təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 21 yaşlı müdafiəçi ilə 2023-cü ilədək müqavilə bağlanılıb. Burundi əsilli almaniyalı oyunçunun keçidindən ötrü 37 milyon avro ödənilib.
Qeyd edək ki, Tilo Kerer ötən mövsüm Almaniya Bundesliqasında 28 oyuna 3 qol vurub.







































































