
U-17 milli komandamızın Xorvatiyada təlim-məşq toplanışı davam edir. Sportnet.az-ın məlumatına görə, Nikolay Adamın rəhbərlik etdiyi yığma artıq ilk yoxlama oyununu da keçirib.
Millimiz yerli "Noviqrad” klubunun U-19 komandası ilə qarşılaşıb. Görüş komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, oyunda qolları Qara Qarayev və Nicat Süleymanov vurub.