
FİFA İcraiyyə Komitəsi Monqolustan Futbol federasiyasının (MFF) prezidentinə ağır cəza kəsib. Sportnet.az-ın məlumatına görə, Yozef Blatterin rəhbərlik etdiyi qurum Qanbold Buyannemexi, demək olar ki, futboldan silib.
Dünya futbol qurumunun qərarına əsasən, federasiya prezidenti 5 illik müddətə futboldan uzaqlaşdırılıb. Qanboldun diskvalifikasiyasına səbəb ümumu davranış qaydalarının pozulması, hesabatların açıqlanmamass, rüşvət alınması və korrupsiya faktıdır. Cəza oktyabrın 15-dən qüvvəyə minib.
Qeyd edək ki, MFF 1959-cu ildə yaradılıb və 1998-ci ildən FİFA-nın üzvüdür.
Qeyd edək ki, MFF 1959-cu ildə yaradılıb və 1998-ci ildən FİFA-nın üzvüdür.