Sentyabrın 8-də Bakı İdman Sarayında futzal üzrə yüksək, birinci və ikinci liqaların 2018/2019 mövsümü üçün püşkü atılacaq.
Sportnet.az xəbər verir ki, mərasim saat 12:00-da başlayacaq.
Qeyd edək ki, Yüksək Liqada 7 – "Araz”, EKOL, "Neftçi” İK, "Yasamal”, "Xəzər Cənub”, "Liman”, Yasamal İdman-Sağlamlıq Kompleksi komandaları iştirak edəcək. Birinci Liqada 16 kollektiv – "Sovetski”, "Green Log”, "Zəngilan”, "Standard”, "Metropoliten”, "Baku Fire”, "Yasamal-2”, "Şərq”, "Çinar Cəbrayıl”, ADBTİA, "Raiq”, "Baku Fans”, "Ulduz”, U-19, AZMİU, "Fizuli” yer alacaq. İkinci Liqada 20 - SAB, "Star klub”, "Rəvan”, "Hövsan”, "Advokat”, "Gənclik”, "Borçalı”, "Dalğa”, "Baku Fire-2”, "Bibi-Heybət”, "Obolon”, "Bədr Xocalı”, "Avanqard”, "Təbriz”, "Atletiko Baku”, "Baker Hughes”, "Gilan Construction”, "Baker Tilly”, "Hicran” və "Xəzər” komandaları mübarizə aparacaq.