Portuqaliyanın "Benfika" klubu korrupsiyaya görə cəzalandırıla bilər.
Sportnet.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisi korrupsiya, dezinformasiya, o cümlədən, 30 qanun pozuntusu törətməkdə ittiham olunur.
Portuqaliya klubu günahkar sayılacağı təqdirdə, avrokuboklar da daxil olmaqla, bütün turnirlərdən 3 il müddətinə kənarlaşdırılmaqla təhdid edilir. İstintaqın bir neçə il çəkəcəyi gözlənilir.
Qeyd edək ki, "Benfika" Portuqaliya çempionatında 4 turdan sonra 10 xalla birinci pillədə qərarlaşıb. Lakin 2-ci sıradakı "Braqa" və 3-ü yerdəki "Sportinq" də eyni xala malikdir.