
"Neftçi” məşqləri bərpa edib.
Sportnet.az xəbər verir ki, "Neftçi-2” ilə yoxlama oyunundan (1:0) sonra bir günlük fasiləyə buraxılan komanda bu gün öz bazasında çalışıb.
Məşqdə zədəli Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olmuş futbolçular iştirak etməyiblər. Hazırlıq bu gün bir məşqlə davam edəcək.
Qeyd edək ki, Topaz Premyer Liqasının IV turu çərçivəsində sentyabrın 16-da "Bakcell Arena"da keçiriləcək "Neftçi” – "Keşlə” oyunu saat 21:00-da başlanacaq.