1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Vorskla"nın hücumçusu: "Avropa Liqası fərqli turnirdir"
"Bizi çətin mövsümün gözlədiyini bilirik. Mübarizə apardığımız hər üç turnir bizim üçün önəmlidir. Avropa Liqası fərqli turnirdir. Bizi güclü komandalarla maraqlı və çətin oyunlar gözləyir”.
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın "Vorskla” klubunun hücumçusu Vladislav Kulaç deyib. Ukraynalı forvard Avropa Liqasında İngiltərənin "Arsenal” klubu ilə səfərdə keçirəcəkləri ilk tur matçı haqda da fikirlərini bildirib: "Əlbəttə ki, bu həyəcanverici hadisədir. Belə komandaya qarşı oynamağı çox futbolçu xəyal edir. Özümü belə güclü rəqiblə oyunda yoxlamaq istəyirəm. Bizi Londonda çətin görüşün gözlədiyini bilirik. Uşaqlıqda "Arsenal”ı dəstəkləyən futbolçular indi meydanda çıxıb onlara qarşı oynamaq istəyir. İstənilən halda bu "Vorskla” üçün yaxşı bir sınaq olacaq. Görüşə çox yaxşı hazırlaşıb əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Vorskla" "Arsenal”la sentyabrın 20-də Londondakı "Emirates" stadionunda üz-üzə gələcək.