1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elşad Əhmədov: "Bəlkə də bəxtimiz gətirdi"
Topaz Premyer Liqasının IV turunun "Qəbələ” ilə ev oyunundan sonra "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov mətbuat konfransı keçirib. Sportnet.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb.
- Qələbə qazanmaq üçün bizdə istək daha çox idi. Uşaqlara təşəkkür edirəm ki, azlıqda qalsaq da, qələbə hesabını qoruya bildilər. Bəlkə də bəxtimiz gətirdi.
- Qarşınıza hansı məqsəd qoyulub?
- Premyer Liqada qalmaq hədəfimiz dəyişməyib.
- Artıq 2-ci oyundur komandanız fasilədən sonra qapanır. Bunun səbəbi fiziki cəhətdən çatdırmamaqdı, yoxsa taktiki gedişdir?
- 21 gün fiziki hazırlığa diqqət yetirdik. Bu baxımdan problemimiz yoxdur. Sadəcə, yeni komandayıq. Azlıqda qaldıqda necə oynamalı, hesabda irəlidə olarkən hansı gedişləri etməli olduğumuzu bilmək üçün zamana ehtiyac var.