1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Frits Stuxlik ilk görüşdən işgüzar insan təsiri bağışladı"
"İnanmıram ki, Frits Stuxlikin Hakimlər və Hakim-İnspektorlar Komitəsinə sədr təyin olunması bizim təyinatlarımıza təsir etsin. Düşünürəm ki, bu, mənim özümlə bağlı olan məsələdir".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yeni sədri Frits Ştuxlik barədə danışarkən deyib.
Xudiyev təyinat və struktur dəyişikliyi ilə bağlı da fikirlərini bölüşüb: "Artıq konvensiyaya uyğun olaraq iki komitə birləşib. Avropanın bir neçə ölkəsində bu təcrübədən istifadə olunur. Yeni sədr AFFA tərəfindən təyin olunub. Ona öz fəaliyyətində uğurlar arzu edirəm".
Beynəlxalq dərəcəli hakim-inspektoru F.Ştuxliklə daha öncə görüşdüyünü bildirib: "Biz təyinatdan əvvəl UEFA tərəfindən inspektorlar üçün təşkil olunan bir neçə seminarda görüşmüşük. O, mənə ilk görüşdən pozitiv, işgüzar insan təsiri bağışlayıb".
A.Xudiyev azərbaycanlı FİFA referisi Əliyar Ağayevin I dərəcəyə yüksəlməsinin ölkə futbolu və onun özü üçün sevindirici hal olduğunu vurğulayıb: "Hesab edirəm ki, I qrupa daxil olan hakimlər daha məsul oyunlara – Çempionlar Liqası, Avropa Liqası və Millətlər Liqasının əsas oyunlarına təyinat alacaqlar. Eyni zamanda milli komandaların oyunlarına da təyinat almalarını gözləyirəm".
FİFA hakim-inspektoru özü üçün də yeni təyinat gözlədiyini deyib: "Mənim sonuncu təyinatım "Astana” – "Apoel” oyununa idi. Ondan sonra hələ ki heç bir məlumat yoxdur. Mən də Avropa futbol qurumundan yeni təyinat gözləyirəm".