Azərbaycan milli komandasının düşərgəsindən "Neftçi"yə zədəli qayıdan futbolçu Emin Mahmudovun durumuna aydınlıq gəlib.
Sportnet.az klubun rəsmi saytına istinadən məlumatına görə, 26 yaşlı yarımmüdafiəçinin sağ ayağının gətirici əzələsinin sümüyə birləşən hissəsində birinci dərəcəli gərilmə aşkarlanıb. Bir neçə gün müalicə olunacaq yarımmüdafiəçinin sentyabrın 22-də "Zirə”yə qarşı oynayıb-oynamayacağı sual altındadır.
Qeyd edək ki, Emin Mahmudov zədə səbəbdən dünən "Keşlə” ilə oyunu buraxıb.