Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan İtaliya "İnter"i əvvəlki günlərinə qayıtmaq istəyir. Sportnet.az-ın məlumatına görə, bunu mətbuata açıqlama verən klubun prezidenti Erik Tohir bildirib.
O, "neradzurri"nin gələcək planları haqda danışıb: "Mən şəxsi uğur axtarmıram. "İnter"in dünyanın 10 ən yaxşı klubları siyahısına düşməsi üçün nə lazımdırsa, edəcəm. Dəstəyimiz ilə bunu bacararıq. Oyunçu seçimini kollektiv şəkildə aparırıq. Transferlər taktiki, maddi və kommersiya baxımından ölçülür. Azarkeşlər bizə inanmalıdırlar ki, klub üçün yaxşı işlər görmək istəyirik".
Qeyd edək ki, 44 yaşlı biznesmen 2013-cü ilin payızından Milan klubunun səhmlərinin 70% -nin sahibidir. Ötən ilk "İnter" İtaliya A Seriyasında 5-ci yeri tutub.