
Xorvatiyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, Mirbağır İsayevin başçılıq etdiyi millimiz "Koper” klubunun U-19 komandası ilə qarşılaşıb.
Oyun rəqibin böyük hesablı qələbəsi ilə yekunlaşıb. Sloveniya klubu yığmamızın qapısından 3 cavabsız top keçirib.
Qeyd edək ki, millimiz ilk yoxlama görüşündə "Novigrad” klubunun U-19 komandasına 2:0 hesabı ilə qalib gəlmişdi.