Topaz Premyer Liqasının I turundan təxirə salınan "Qarabağ” – "Zirə” oyunu (3:2) daha bir futbolçunun debütü ilə əlamətdar olub.
Sportnet.az xəbər verir ki, Kamal Mirzəyev qəsəbə təmsilçisinin heyətində ilk matçını keçirib. 24 yaşlı yarımmüdafiəçi klubun tarixinə 103-cü futbolçu kimi düşüb. O, Premyer Liqada "Zirə”nin heyətində meydana çıxan 63-cü oyunçudur.
Kamal debütü cari mövsümə təsadüf edən 7-ci futbolçu olub. Dilan Duventru, İlkin Qırtımov, Miloş Radivoyeviç, Pərdis Fərcad-Azad və Budaq Nəsirov II turun "Keşlə” (2:2), Bilal Həmdi III turun "Sabah” (0:1), Adrian Skarlatake V turun "Neftçi” (1:2) oyununda debüt şansı qazanıb.