Azərbaycan millisinin futbolçusu Pavlo Paşayevin çıxış etdiyi "Aleksandriya" klubu Ukrayna Premyer Liqasında növbəti qələbəyə imza atıb.
Sportnet.az xəbər verir ki, Vladimir Şaranın baş məşqçi olduğu kollektiv səfərdə Donetsk "Olimpik"ini yenib. İlk yarıdan sonra 1:2 hesabı ilə geridə olan "Aleksandriya" fasilədən sonra 2 qol vuraraq, əzmkar qələbəyə imza atıb - 3:2. Paşayev sonadək meydanda olub.
Bu qələbə sayəsində xallarını 19-a çatdıran "Aleksandriya" 3-cü pillədəki mövqeyini qoruyub. "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Vorskla" 4-cü pillədə olsa da, "Desna" ilə X turun səfər matçına sentyabrın 30-da çıxacaq. Turnir cədvəlinə 10 oyundan 27 xala malik "Şaxtyor" rəhbərlik edir. 9 oyundan 20 xalı olan Kiyev "Dinamo"su isə ikinci pillədədir.