Ondan müsahibəni alan isə "Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill olub. Mourinyo deyib: "Oktyabrın 18-də yeni müqavilə bağlayacağam. Bu, məhz mənim istədiyimdir. "Çelsi"də qalmaq niyyətindəyəm".
Yeni sövdələşmə 6 il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, Joze Mourinyo "Çelsi"yə 2013-cü ilin iyununda qayıdıb. O, 2004 - 2007-ci illərdə də bu komandanın sükanı arxasında olub.