
"Barselona"nın müdafiəçisi Dani Alveş karyerasını İngiltərədə davam etdirəcək. Sportnet.az-ın məlumatına görə, Braziliya millisinin üzvü artıq "Mançeter Yunayted"lə müqavilə şərtlərini razılaşdırıb.
FİFA meneceri Fransua Qalyardo xəbər verir ki, Alveşin yayda Britaniyaya yollanacaq: "O, mövsümün sonunda "Barselona"nı tərk edəcək. Artıq "Mançester Yunayted"lə razılığa gəliblər, bütün məsələlər müzakirə olunub. Sadəcə, rəsmi müqavilə bağlamaq qalıb"
Qeyd edək ki, Dani Alveş 2008-ci ildən "Barselona"da çıxış edir. Meydana çıxdığı 188 matçda 14 dəfə fərqlənib.