
"Barselona"nın hücumçusu Lionel Messi növbəti rekordunu rəsmiləşdirmək üzrədir. Sportnet.az-ın Marca nəşrinə istinadən məlumatına görə, bunun üçün argentinalı ulduza 2 qol lazımdır.
Dünən La Liqanın "Eybar"la (3:0) görüşündə aktivinə növbəti topu yazdıran ulduz futbolçu daha 1 dəfə fərqlənsə, İspaniya Primerası tarixinin ən sərrast hücumçusu Telmo Sarranın rekordunu yeniləyəcək. Primerada 250 dəfə fərqlənən qol olan Messiyə Bilbao "Atletik"inin əfsanəsini keçmək və ümumən İspaniya La Liqası tarixinə düşmək üçün daha 2 qol kifayət edir.
Qeyd edək ki, La Liqanın növbəti turunda, oktyabrın 25-də "Barselona" Madriddə əzəli təqibi "Real"ın qonağı olacaq.