
FİFA referisi Əliyar Ağayev yeni təyinat alıb. Sportnet.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandalarının oyununda ədaləti gənc referimiz qoruyacaq.
O, D qrupunda Türkiyənin İstanbul şəhərindəki Esenyurt İncirtepe stadionunda keçiriləcək "Qalatasaray” (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya) oyununun baş hakimi olacaq. Agayevə Rza Məmmədov və Knyaz Əmiraslanov kömək edəcək.
Qeyd edək ki, "Qalatasaray" - "Borussiya" oyunu oktyabrın 22-də keçiriləcək.