Ukraynanın "Vorskla" komandasını Bakıda "Qarabağ"a qarşı keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin III tur matçında 100 azarkeş dəstəkləyəcək.
Sportnet.az "Report"a istinadən xəbər verir ki, Poltava tərəfi tribunada məhz bu qədər yer istəyib.
Oyuna isə hələlik 15 min bilet satılıb.
Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" görüşü saat 20:55-də başlayacaq.
Daha əvvəl "Vorskla" klubunda futbolçuların maaşlarının gecikdirildiyi məlum olub.