
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Arsenal" komandası İngiltərə Premyer Liqasında IX turun son matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib "Lester" olub. Londondakı "Emirates" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Hərçənd, hesabı "Lester" açıb. 31-ci dəqiqədə "Arsenal"ın futbolçusu Ektor Belyerin topu öz qapısına göndərib.
Lakin 45-ci dəqiqədə Məsut Özil bərabərlik qolunu vurub. 63 və 66-cı dəqiqələrdə isə Pyer-Emerik Obameyanq "dubl" edərək, "topçular"ın qələbəsini təmin edib.
Bununla da xallarını 21-ə çatdıran "Arsenal" 4-cü pillədəki mövqeyini qoruyub. 12 xala malik "Lester" isə 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Arsenal" "Qarabağ"la ilk görüşünü oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçirib. Görüş İngiltərə komandasının qələbəsi ilə yekunlaşıb - 3:0. Bu komandalar Londonda dekabrın 13-də üz-üzə gələcəklər.