1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Keşlə" və "Sumqayıt"ın futbolçusuna cəza
AFFA İntizam Komitəsi "Keşlə"nin yarımmüdafiəçisi Samir Məsimov və "Səbail"in müdafiəçisi Şəhriyar Rəhimovu bir oyunluq cəzalandırıb.
Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, Məsimov Topaz Premyer Liqasının VII turundan təxirə salınmış "Qarabağ"la matçda (1:1) qırmızı vərəqə alıb. 88-ci dəqiqədə meydandan qovulan 23 yaşlı yarımmüdafiəçinin klubu isə 200 manat cərimə olunub. O, artıq cəzasını X turda "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları görüşdə çəkib.
Rəhimov Premyer Liqanın X turunda "Zirə" ilə qolsuz heç-heçə etdiləri qarşılaşmada qırmızı vərəqə alıb. 29 yaşlı müdafiəçi 60-cı dəqiqədə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb. Buna görə "Səbail" klubu 200 manat məbləğində cərimələnib. Təcrübəli futbolçu noyabrın 10-da "Sabah"la səfər oyununu buraxmalı olacaq.