AFFA tərəfindən qurumun inzibati binasında bu gündən etibarən orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin (hər məktəbdən bir müəllim) futbol biliyinin artırılması məqsədi ilə D kateqoriyalı məşqçi kursu keçirilir.
Sportnet.az xəbər verir ki, noyabrın 8-dək davam edəcək kursda paytaxtda fəaliyyət göstərən məktəb müəllimləri ilə bərabər, Gəncə, Zaqatala, Şəki, Cocuq Mərcanlı, Xaçmaz, Samux bölgələrini təmsil edən ümumilikdə 4-ü qadın olmaqla 29 müəllim iştirak edir.