1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Səbail”in legioneri: “Hansı yerdə olduğumuza fikir vermirik”
"Keşlə” ilə matçda penaltidən qol vurandan sonra oyun epizodunda da fərqlənəcəyimə dair söz vermişdim. Bu gün çox yaxşı oynadıq, komandamız rəqibi tamamilə üstələdi. Plana uyğun hərəkət etdik, baş məşqçimiz əks-hücumda oynamağı tapşırmışdı. Bütün qolları bu cür vurduq. Sxemimiz işlədi və layiqli qələbə qazandıq”.
Sportnet.az xəbər verir ki, bunu "Səbail”in futbolçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının XI turunda "Sabah”ı 4:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.
Son 2 qolun müəllifi olan moldovalı yarımmüdafiəçi bildirib ki, UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar ölkə çempionatında yaranacaq fasilə onların çıxış tempinə təsir etməyəcək: "Fasilə elə də böyük deyil. 3 günlük istirahətdən sonra yenidən məşqlər olacaq. Biz bütün rəqiblərə eyni gözlə baxırıq. Sırf "Sabah”la aramızda rəqabət yoxdur. Karyeramda əvvələr də "dubl" etmişəm. Amma bu, çoxdan olub. Hər zaman eyni templə çıxış etmək olmur. Əsas odur ki, pis oyundan sonra toparlanmağı, xarakter göstərməyi bacardıq”.
Koçukun sözlərinə görə, "Səbail”in əsas məqsədi hər oyunda qalib gəlməkdir: "Hansı yerdə olduğumuza fikir vermirik. Neçənci pilləni tutacağımızı çempionatın sonunda görəcəyik”.
Qeyd edək ki, "Səbail” hazırda 20 xalla 2-ci sıradadır.