"Qəbələ"nin futbolçusu Ürfan Abbasov "Qarabağ" komandası ilə Topaz Premyer Liqasının XI tur matçından əvvəl mükafatlandırılıb. 
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı müdafiəçinin 200-cü oyunu keçirməsi səbəbindən forma ilə təltif olunub. Klubun baş meneceri Zaur Əzizov ona arxasında 200 yazılmış "Qəbələ" forması təqdim edib. 
Qeyd edək ki, Ürfan Abbasov həm də Azərbaycan millisinin üzvüdür.  









                 





    
    
    
    
    
    
    
    
    


























































