1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: “Bizdə bir səhv həlledici olmur”
"Futbolçularımı təbrik edirəm. Çox ağır oyuna çıxmışdıq. Əsas yorğunluq yox, bəzən Avroliqadakı qələbədən sonra oyunçuların diqqətinin necə olacağı mənim üçün önəmli idi. 3 xalı çətinliklə əldə etdik. Azarkeşlərimizi də təbrik edirəm. Qəbələlilər bizi gözəl qarşıladılar. Hər birinə minnətdaram. Qarşıda istirahət olacaq. Amma milli üzvlərinə istirahət olmayacaq”.
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Sanki ilk hissədə komandada yorğunluq var idi. Amma ikinci hissədə tam fərqli oyun oldu...
- Səfər oyunlarında istər-istəməz ağırlıq hiss olunur. Amma futbolçuların ilk hissədə yorğun olduğunu deməzdim. Qola kimi də topa nəzarət edir, təhlükəli vəziyyətlər yaradırdıq. Amma futbolçularımız ikinci hissəyə özlərini daha diqqətli hazırladılar. Bəlkə də buraxılan qol bizim üçün xeyirli oldu. Futolçular daha aktiv oynadılar. Yorğunluq var, amma konsentrasiya və xarakter bunu sığortalayır.
- Vaqner üçün əsas heyət şansının bitdiyini demək olar?
- Xeyr. Qarşıdakı oyunlarda o da oynamaq imkanı qazanacaq. Hər üç qapıçıya eyni gözlə baxıram. Elə oyunlar var Şahrudin Məhəmmədəliyevə, eləsində də Vaqnerə ehtiyac olur. Hər üçünü əsas qapıçı sayıram. Fərqli fikirlər ola bilər. Sadəcə, Hannes Halldorsson şansından yaxşı istifadə etdi. Bizdə bir səhv həlledici olmur. Hər bir futbolçudan istifadə etməyə çalışırıq. Bizdə ən az şans qapıçılara verilir.
- Son illər Qəbələ səfərində belə asan oyun yadınıza gəlirmi?
- Asan deməzdim, çətinlik oldu. Sadəcə, 3 qol vurduğumuz üçün rahat görünür.
- Ancaq təzyiqi artıran kimi, ardıcıl qollar vurdunuz...
- İlk hissədə nə qədər əziyyət çəkdiyimizi gördünüz. Bunlar elə də rahat deyil. Kənardan fərqli görünə bilər. Bəzən 5-6 qol vəziyyəti yaradıb, fərqlənə bilmədiyin hallar olur.
- Abdullah Zubirin dəyişdirilməsi nə ilə bağlıdır: Onun çıxışı sizi qane etmir?
- Belə deməzdim. Oyunun gedişinə görə dəyişiklik edirəm. Ukraynada yorulmamışdı, oyunun gedişi bunu tələb edirdi. Amma bu gün yorulmuşdu. Orta sahəni gücləndirmək üçün bu addıma əl atdıq.
- Yığma üzvlərini son turda izləmisiniz?
- Hamısını izləyirik. Razı qaldığım nüanslar çoxdur. Axırıncı iki oyundan sonra ayrılıqda danışığımız oldu. Hər birinə güvəndiyimi və qarşıdakı matçlarda daha yaxşı çıxış gözlədiyimi dedim. Bir aylıq performanslarından razı qaldım. Sabahdan yığışıb bir yerdə olacağıq. O zaman daha yaxından görəcəyəm. Qarşıda vacib oyunlarımız olacaq. Bunun üçün böyük məsuliyyət lazımdır. Düşünürəm ki, futbolçular buna hazır olacaq.