1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nazim Süleymanov: “Əfran İsmayılov ağzını əyməməlidir”
"İki fərqli hissə izlədik. İlk hissədə yaxşı oynadıq, qol imkanlarımız oldu, amma fasilədən sonra səhvlər etdik və uduzduq. İlk qolda qapıçımız, ikinci hissədə isə müdafiəçilərimiz səhv etdi. Bu gün yenə azlıqda qaldıq. Deəyəsən, fiziki cəhətdən geridə qalırıq. Ancaq irəli baxmalıyıq”.
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt”ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının XI turunda "Keşlə”yə 1:4 hesablı məğlubiyyət haqda danışarkən deyib. 53 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- Bu gün 5 müdaifəçi ilə oynayırdınız. Bu qədər müdafiəçi ilə meydana çıxan komandanın kifayət qədər səhv etməyə haqqı varmı?
- Yox. Sadəcə, futbolçular bir-birilərini başa düşməlidir. Təcrübəli futbolçular belə səhvlər etməməlidir. Təəssüflər olsun ki, belə səhvlər edirik.
- Orxan Sadıqlı qırmızı vərəqə aldı. Onun cəzalaması gündəmdədir?
- Meydanda olan hər bir futbolçu sakit olmalıdır. Artıq 5-ci qırmızı vərəqənı alırıq. Bu, faktdırsa, biz heç nə edə bilmərik. Orxan ilk hissədə də səhv etdi və fasilədə ona xəbərdarlıq etdik. Ancaq yenə səhv etdi. Cəzalanacaq, ancaq komandanın daxili məsələləri barədə danışmaq istəmirəm.
- Müdafiə xətti bərbad futbol sərgiləyir. Vurğun Hüseynov səhvlər edir, amma növbəti oyun kapitan kimi meydana çıxır. Ona nə vaxta qədər şans verəcəksiniz?
- Komandada olan bütün futbolçulara ümid bəsləyirik. Əlimizdə olanlarla irəli gedəcəyik. Bu eniş bir neçə oyundur davam edir. Bunu aradan qaldırmalıyıq.
- Əfran İsmayılov Qurban Qurban Qurbanovun rəhbərliyi altında oynayanda heç vaxt əvəzlənməsinə etiraz etməyib. Bəlkə indi nədənsə istifadə edir?
- Belə düşünmürəm. Futbolçu meydandan çıxmaq istəmirsə, bu, onun öz işidir. Ağzını əyir, nə edir, özü bilər. Bunu qəbul etmirəm. Belə edibsə, gərək etməsin. Əfran millinin üzvü olub, komandanın aparıcı futbolçusudur, belə etməməlidir.