Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rusiyanın "Krasnodar” klubundan dəvət olunmuş Ruslan Rzayev yığmanın toplanışına qatılmayıb. O, öz klubunun son oyununda zədələnib.
Qeyd edək ki, Ruslan Rzayev Azərbaycan yığmasına ilk dəfə dəvət olunmuşdu.






































































