1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" üçün sınaq matçı
"Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasındakı fasilə dövründə 3 günlük istirahətdən sonra Qəbələdə bir araya gəlib.
Sportnet.az xəbər verir ki, "qırmızı-qaralar” hazırlıqlarını milli komandaların düşərgələrində olan futbolçularsız gerçəkləşdirir. Bugünkü məşq prosesi fiziki hazırlıqla başlayıb. Ardınca futbolçular meydanda toplu və topsuz çalışmalar yerinə yetiriblər.
Sənan Qurbanovun baş məşqçisi olduğu komanda noyabrın 20-dək məşqlərini Qəbələ şəhər stadionunda reallaşdıracaq. Həmin gün Bakıya yola düşəcək komanda Topaz Premyer Liqasında XII turun hazırlıqlarına paytaxtda yekun vuracaq.
Noyabrın 19-da isə "Qəbələ” yoxlama oyunu keçirəcək. "Qırmızı-qaralar” UEFA Gənclər Liqasında mübarizə aparan U-19 komandası ilə matçda qüvvəsini sınayacaq.
Qeyd edək ki, "Qəbələ” XII turun noyabrın 24-də keçiriləcək oyununda "Keşlə”nin qonağı olacaq.