1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vedat Muriki: "Azərbaycanla matç həlledici olacaq"
"Azərbaycanla matç bizim üçün həlledici olacaq. Çox yaxşı komandaya qarşı oynayacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu Kosovo yığmasının futbolçusu Vedat Muriki UEFA Millətlər Liqasında noyabrın 20-də Azərbaycana keçirəcəkləri D Liqasının 3-cü qrupunun VI tur matçı barədə danışarkən deyib. Türkiyə "Rizespor"unun hücumçusu qrup liderliyini qorumalarının vacibliyini vurğulayıb: "Hazırkı vəziyyətimizə sevinirəm. Həmişə demişəm ki, fərdi yox, kollektiv oyun vacibdir. Maltaya səfərdə 5 qol vurmaqla, işimizi gördük. Lakin biz çərşənbə axşamından sonra da öz yerimizdə qalmalıyıq".
Qeyd edək ki, D Liqasının 3-cü qrupuna 5 turdan sonra 11 xalla Kosovo başçılıq edir. Azərbaycan 9 xalla 2-ci pillədə qərarlaşıb. Priştinadakı Fadil Vokkri stadionunda keçiriləcək Kosovo - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Azərbaycan millisi yalnız qələbə təqdirində C Liqasına və pley-offa yüksələcək.