
"Zirə" və "Sumqayıt" komandaları arasındakı Topaz Premyer Liqasının XII tur matçından insident baş verib.
Sportnet.az xəbər verir ki, meydan sahiblərinin köməkçi-məşqçisi Seymur Rəhimov meydandan kənarlaşdırılıb. Buna Rəhimovun baş hakim Səbuhi Bayramovun qərarına sərt etirazı səbəb olub. Topu yerə çırpması qarşılığında Bayramov onu texniki zonadan kənarlaşdırıb. Baş məşqçi Samir Abasovun etirazına baxmayaraq, qərar dəyişməyib.
Qeyd edək ki, hazırda "Zirə" öndədir - 2:1.