"Bakılı” klubunun I divizionda daha 2 oyunu təxirə salınıb. Sportnet.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası klubun müraciəti əsasında qərar qəbul edib.
Paytaxt təmsilçisi 25 oktyabr – 4 noyabr aralığında klubun 5 üzvünün Azərbaycan çimərlik futbolu üzrə milli yığma komandasının heyətində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim məşq toplanışına yollanacağını səbəb göstərib. PFL isə I divizionun "Bakılı” – "Şuşa” matçının oktyabrın 26-dan, "Mil-Muğan” – "Bakılı” oyununun isə oktyabrın 31-dən başqa tarixə keçirib.
Qeyd edək ki, eyni səbəbdən I divizionun ilk 2 turunda "Bakılı"nın oyunları təxirə salınıb.