
"Qarabağ" komandası qış təlim-məşq toplanışı üçün yollandığı Türkiyənin Antalya bölgəsində ilk məşqə çıxıb.
Sportnet.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən məlumatına görə, hazırlıq prosesinə yerli futbolçularla yanaşı, əksər legionerlər də qatılıblar. Onların arasında zədəsini sağaldan İnnosent Emeqara da olub. Əvəzində Con Delarj və 2018-ci ilin ən yaxşı əcnəbi futbolçusu Donald Gerrye məşqə qatılmayıb.
Qeyd edək ki, "Qarabağ" Antalyadakı 3 həftəlik toplanış müddətində 5 yoxlama oyunu keçirəcək.