
Azərbaycanda ilin ilk futbol matçı keçirilib.
Sportnet.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Keşlə” təlim-məşq toplanışı çərçivəsində I Divizionda yarışan "Qaradağ Lökbatan”la yoxlama oyununda üz-üzə gəlib. Türk Hava Yolları Futbol Mərkəzində baş tutan matç Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektivin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə ilk qolu 35-ci dəqiqədə Nikola Mitroviç penaltidən vurub. 42-ci dəqiqədə Seymur Əsədov, 3 dəqiqə sonra isə yeni transfer Vüsal İsgəndərli komandasının 3-cü qoluna imza atıb. 90-cı dəqiqədə isə Andre Klennon son nöqtəni qoyub.
"Keşlə"nin yeni transferlərindən Vüsal İsgəndərli və Emin Mehdiyev oyuna start heyətdə başlayıb. Con Kamara isə ikinci hissədə meydanda olub.