İngiltərə Premyer Liqasının XXII turunda "Arsenal" "Vest Hem"in qonağı olub. 
Sportnet.az-ın məlumatına görə, Olimpiya stadionunda keçirilmiş London derbisi meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 48-ci dəqiqədə Deklan Rays vurub. Məhsuldar ötürmə müəllifi isə "Arsenal"ın keçmiş oyunçusu Samir Nəsri olub. 
Bununla da "kanonirlər" Premyer Liqadakı son 3 qarşılaşmasında 2-ci məğlubiyyətlə üzləşib. "Çəkicdöyənlər" isə 2 oyunluq qələbəsizlik seriyasına son qoyub. 
Hazırda "Arsenal" 41 xalla 5-ci, "Vest Hem" 31 xalla 8-ci pillədədir. 
Növbəti turda "topçular" daha bir paytaxt derbisində "Çelsi"ni qəbul edəcək. Görüş yanvarın 19-da keçiriləcək.   









                 





    
    
    
    
    
    
    
    
    






















































